
İş Haqqında
“Turquoise Group” MMC aşağıdakı ixtisaslar üzrə ümumilikdə 3 tələbə üçün staj imkanı təqdim edir:
İnşaat mühəndisliyi — 2 nəfər
Kimya mühəndisliyi — 1 nəfər
Staj müddətində tələbələr şirkətin həyata keçirdiyi layihələr, istifadə olunan müasir tikinti materialları və inşaat kimyəviləri ilə yaxından tanış olmaq, texniki prosesləri müşahidə etmək və praktiki iş təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.
Tələblər
Tələblər
İnşaat mühəndisliyi, kimya və kimya mühəndisliyi üzrə aktiv tələbə olmaq;
Məsuliyyətli, öyrənməyə həvəsli və komanda ilə işləməyə açıq olmaq;
Texniki sahədə təcrübə və yeni biliklər əldə etməyə maraq göstərmək;
ODTÜ tələbələrinə seçim zamanı üstünlük veriləcək.
Firma Haqqında
2002-ci ildə yaradılmış “Turquoise Group” MMC tikinti materialları, inşaat kimyəviləri, su və istilik izolyasiyası, sənaye döşəmə sistemləri və kimyəvi reagentlər sahəsində fəaliyyət göstərir. Şirkət məhsulların təchizatı ilə yanaşı, layihələrin icrası və texniki dəstək xidmətləri də təqdim edir
