top of page

Murad Nağıyev

Nəzarət-Təftiş Komissiyası Ehtiyatdakı Üzvü

Murad Nağıyev Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin Nəzarət-Təftiş Komissiyası ehtiyat üzvüdür. OSTİM Teknik Universitetində akademik fəaliyyət göstərir və hazırda Ankara Universitetində Kompüter Mühəndisliyi üzrə doktorantura təhsilini davam etdirir.


2021-ci ildə Riyaziyyat bölməsindən bölüm ikincisi olaraq məzun olmuş, daha sonra magistratura təhsilini tamamlamışdır. Magistratura işi çərçivəsində maşın öyrənməsi metodlarının insan davranışları və asılılıq sahəsində tətbiqi ilə bağlı tədqiqat aparmışdır.

Akademik maraq dairəsinə C/C++, Python, C#, MSSQL, maşın öyrənməsi və süni intellekt kimi sahələr daxildir. Bu istiqamətlərdə qazandığı bilik və təcrübə ilə həm akademik mühitdə, həm də texnologiya yönümlü layihələrdə aktiv iştirak edir.


Dərnək çərçivəsində texniki və analitik yanaşması ilə təşkilati fəaliyyətlərin daha sistemli aparılmasına, tələbələr üçün faydalı layihələrin inkişaf etdirilməsinə və universitetlərdəki azərbaycanlı tələbə şəbəkəsinin gücləndirilməsinə töhfə verir.


Fəaliyyətində məsuliyyətli yanaşmaya, akademik dəqiqliyə, şəffaflığa və komanda işinə xüsusi önəm verir.

Murad Nağıyev

Facebook
X
Youtube
Tiktok

Район Мешрутиет, улица Конур, Бизнес-центр Озсой, №: 25/13, Чанкая, Анкара.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page