Məhəmməd İsmayılov
İdarə Heyəti Ehtiyat Üzvü və Ankara HBV Universiteti Təmsilcisi
Məhəmməd İsmayılov Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin İdarə Heyəti Ehtiyat Üzvü və Ankara Hacı Bayram Veli Universiteti üzrə təmsilçisidir. Ankara HBV Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsində Beynəlxalq Ticarət və Maliyyə ixtisası üzrə bakalavr təhsilini davam etdirir.
Dərnək çərçivəsində Ankara HBV Universitetində təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrin gücləndirilməsi, tələbələrin məlumatlandırılması və yeni gələn tələbələrin universitet mühitinə daha rahat uyğunlaşmasına dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərir.
Peşəkar təcrübəsi çərçivəsində marketinq və satış sahəsində çalışmış, bazar araşdırması, rəqib şirkətlərin analizi, müştəri seqmentlərinin müəyyənləşdirilməsi, marka fəaliyyətlərinin dəstəklənməsi, satış və promosyon analizləri kimi istiqamətlərdə praktiki biliklər qazanmışdır. Həmçinin xarici ticarət və gömrük sahəsi üzrə təlimdə iştirak edərək sertifikat əldə etmişdir.
Məsuliyyətli, öyrənməyə açıq və komanda işinə önəm verən bir tələbə kimi fəaliyyətlərində zamanın düzgün idarə olunmasına, analitik düşüncəyə və innovativ yanaşmaya xüsusi diqqət göstərir. Azərbaycan, türk və rus dillərində ünsiyyət bacarıqları onun tələbələrlə əlaqə qurmasına və müxtəlif mühitlərdə daha effektiv fəaliyyət göstərməsinə imkan yaradır.
Dərnəkdəki fəaliyyəti ilə Ankara HBV Universitetində azərbaycanlı tələbələrin daha yaxşı təşkilatlanmasına, tələbələr arasında əlaqələrin güclənməsinə və faydalı layihələrin həyata keçirilməsinə töhfə verməyi hədəfləyir.

