top of page

Emil Əzizov

İdarə Heyəti Ehtiyat Üzvü və ODTÜ Təmsilcisi

Emil Əzizov Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin İdarə Heyəti Ehtiyat Üzvü və Orta Doğu Texniki Universiteti üzrə Təmsilçisidir. ODTÜ-də Siyasət Elmi və Xalq İdarəetmə ixtisası üzrə bakalavr təhsilini davam etdirir.


Universitet daxilində diplomatiya, beynəlxalq münasibətlər və tələbə fəaliyyəti sahələrinə maraq göstərir. ODTÜ Dış Politika ve Uluslararası İlişkiler Topluluğu nəzdində fəaliyyət göstərən METUMUN komandasında iştirak edərək Model Birləşmiş Millətlər simulyasiyaları və əlaqəli tədbirlərdə təcrübə qazanır.


Dərnək çərçivəsində ODTÜ-də təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrin gücləndirilməsi, tələbələrin məlumatlandırılması və universitet daxilində dərnək fəaliyyətlərinin koordinasiyasına dəstək verir.


Fəaliyyətində məsuliyyətli yanaşmaya, tələbə iştirakçılığının artırılmasına və Azərbaycanlı tələbələr arasında daha güclü əlaqə mühitinin formalaşdırılmasına önəm verir.

Emil Əzizov

Instagram
Facebook
X
Linkedin
Youtube
Tiktok

Район Мешрутиет, улица Конур, Бизнес-центр Озсой, №: 25/13, Чанкая, Анкара.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page