top of page

Dinarə Ağayeva

Məzunlar Üzrə Təmsilci

Dinara Aghayeva Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyində məzunlarla iş üzrə məsul şəxsdir. Ankara Universiteti məzunu olan Dinara psixoloji məsləhətçilik sahəsində peşəkar fəaliyyət göstərir və hazırda TELUS Digital-da çalışır.


Dərnək fəaliyyətləri çərçivəsində onun əsas istiqaməti Türkiyədə təhsil almış azərbaycanlı məzunlarla əlaqələrin qurulması, məzunların dərnək fəaliyyətlərinə cəlb edilməsi və tələbələrlə məzunlar arasında davamlı əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Bu istiqamətdə məqsəd məzunların təcrübə, bilik və peşəkar əlaqələrinin tələbələr üçün faydalı bir resursa çevrilməsinə dəstək verməkdir.

Dinara Aghayeva tələbəlikdən məzunluğa keçid mərhələsində gənclərin qarşılaşdığı ehtiyacların daha düzgün anlaşılmasına, karyera istiqamətində yol göstərilməsinə və məzunlarımızın müxtəlif sahələrdə qazandıqları təcrübənin paylaşılmasına xüsusi önəm verir.


Psixoloji məsləhətçilik sahəsindəki bilik və təcrübəsi onun insanlarla sağlam ünsiyyət qurmasına, fərdi ehtiyacları daha həssas şəkildə dəyərləndirməsinə və tələbə-məzun münasibətlərində daha dəstəkləyici bir yanaşma formalaşdırmasına imkan verir.

Dərnəkdəki fəaliyyəti ilə Dinara Aghayeva məzun şəbəkəsinin sistemli şəkildə inkişaf etdirilməsi, yeni məzun olan gənclərin iş həyatına adaptasiyası və Azərbaycanlı tələbə-məzun icmasının daha güclü bir platforma halına gəlməsi üçün komanda ilə birlikdə çalışır.

Dinarə Ağayeva

Facebook
X
Youtube
Tiktok

Район Мешрутиет, улица Конур, Бизнес-центр Озсой, №: 25/13, Чанкая, Анкара.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page