top of page

TED Universiteti ilə görüş keçirildi

Azmoder

10 May 2024

AZMODER nümayəndələri 10.05.2024 tarixində TED Universitetini ziyarət edərək azərbaycanlı tələbələrə yönəlik mümkün əməkdaşlıq istiqamətləri və universitetlə əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

10 may 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri TED Universitetini ziyarət ediblər.


Ziyarət çərçivəsində dərnəyimizin fəaliyyəti haqqında məlumat verilmiş, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ehtiyacları və onlara göstərilə biləcək dəstək imkanları barədə müzakirələr aparılmışdır.


Görüş zamanı TED Universitetində təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrin gücləndirilməsi, tələbələrin universitet həyatına adaptasiyası, məlumatlandırma fəaliyyətləri və gələcəkdə həyata keçirilə biləcək ortaq layihələr haqqında fikir mübadiləsi aparılmışdır.


Eyni zamanda universitetin beynəlxalq əlaqələr üzrə müvafiq nümayəndələri ilə azərbaycanlı tələbələrin müraciət prosesləri, təhsil mühiti və tələbələrə dəstək istiqamətində mümkün əməkdaşlıq sahələri dəyərləndirilmişdir.


AZMODER olaraq TED Universiteti ilə qurulan bu əlaqəni tələbələrimiz üçün faydalı əməkdaşlıqların inkişafı baxımından önəmli hesab edirik. Göstərdikləri diqqətə, səmimi münasibətə və faydalı fikir mübadiləsinə görə TED Universiteti rəhbərliyinə və görüşdə iştirak edən nümayəndələrə təşəkkürümüzü bildiririk.

Район Мешрутиет, улица Конур, Бизнес-центр Озсой, №: 25/13, Чанкая, Анкара.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page