top of page

ODTÜ prorektoru Prof. Dr. Tülin Gençöz ilə görüş keçirildi

Azmoder

23 Oktyabr 2025

AZMODER nümayəndələri 23.10.2025 tarixində Orta Doğu Teknik Universitetində Personel və Tələbə İşlərindən məsul Prorektor Prof. Dr. Tülin Gençöz ilə görüşərək azərbaycanlı tələbələrin ehtiyacları, yataqxana məsələləri, akademik dəstək imkanları və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

23 oktyabr 2025-ci il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Orta Doğu Teknik Universitetində Personel və Tələbə İşlərindən məsul Prorektor Prof. Dr. Tülin Gençöz ilə səmimi və faydalı görüş keçiriblər.


Görüş zamanı ODTÜ-də təhsil alan azərbaycanlı tələbələrin akademik və sosial həyatı, universitet mühitinə adaptasiyası, tələbələrin qarşılaşdığı əsas çətinliklər və bu istiqamətdə həyata keçirilə biləcək dəstək mexanizmləri müzakirə edilib.


Müzakirə olunan əsas mövzular arasında 18 yaşdan aşağı, xüsusilə qız tələbələrin yataqxanalara yerləşdirilməsi məsələsində öncəliyin nəzərə alınması, daha çox azərbaycanlı tələbənin ODTÜ-yə qəbul edilməsi və boş qalan yerlərin yenidən dəyərləndirilməsi kimi məsələlər yer alıb.


Eyni zamanda ODTÜ və ODTÜ-Kıbrıs kampusunun Azərbaycanda daha geniş tanıdılması, tələbələrin mədəni və sosial fəaliyyətlərdə daha fəal iştirakı üçün birgə təşəbbüslərin həyata keçirilməsi, sosial həyatın yaxşılaşdırılması məqsədilə araşdırmalar aparılması və mövcud problemlərin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb.


Görüşdə tələbələrdən gələn müxtəlif sual və təkliflər də universitet rəhbərliyinə çatdırılıb. Xüsusilə tələbələrin bölüm uzatmasına səbəb olan MAT 119, MAT 120, Diferensial tənliklər, FİZ 105, FİZ 106 və oxşar çətin dərslərlə bağlı alternativlər və mümkün akademik dəstək imkanlarının nəzərdən keçirilməsi müzakirə olunub.


Görüş çərçivəsində AZMODER adından ODTÜ rəhbərliyinə təşəkkür plaketi təqdim edilib. Azərbaycanın dünəni, bu günü və sabahı üçün çalışan tələbələrimizin həyatında ODTÜ-nün yalnız bir universitet deyil, həm də mühüm bir yol yoldaşı olduğu vurğulanıb.


AZMODER olaraq səmimi qəbula, göstərilən diqqətə və faydalı müzakirəyə görə Orta Doğu Teknik Universiteti rəhbərliyinə və Prof. Dr. Tülin Gençözə təşəkkürümüzü bildiririk.

Район Мешрутиет, улица Конур, Бизнес-центр Озсой, №: 25/13, Чанкая, Анкара.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page