top of page

Azərbaycan-Türkiyə Evində keçirilən proqrama qatıldıq

Azmoder

04 May 2024

AZMODER üzvləri 04.05.2024 tarixində Azərbaycan-Türkiyə Evində keçirilən “Qərbi Azərbaycanın Mədəni Mirası Beynəlxalq Müstəvidə” adlı proqramda iştirak ediblər.

04 may 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin üzvləri Azərbaycan-Türkiyə Evində keçirilən “Qərbi Azərbaycanın Mədəni Mirası Beynəlxalq Müstəvidə” adlı proqrama qatılıblar.


Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan-Türkiyə Evi və TİMBİR-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qərbi Azərbaycanın tarixi, mədəni irsi və bu irsin beynəlxalq səviyyədə tanıdılması mövzuları müzakirə olunub.


Proqram çərçivəsində Qərbi Azərbaycanın zəngin mədəniyyətinin qorunması, gələcək nəsillərə çatdırılması və beynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim edilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən nümayəndələr mövzunun tarixi və mədəni əhəmiyyətinə diqqət çəkərək bu sahədə görülən işlərin vacibliyini vurğulayıblar.


AZMODER olaraq belə tədbirlərdə iştirak etməyi tələbələrimizin milli-mədəni dəyərlərlə bağlı məlumatlılığının artırılması, Azərbaycan həqiqətlərinin tanıdılması və Türkiyədəki azərbaycanlı tələbələrin ictimai-mədəni fəaliyyətlərə daha yaxından cəlb olunması baxımından önəmli hesab edirik.


Tədbirin təşkilatçılarına dəvət və səmimi qəbula görə təşəkkürümüzü bildiririk.

Район Мешрутиет, улица Конур, Бизнес-центр Озсой, №: 25/13, Чанкая, Анкара.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page