top of page

Ankara Universiteti Rektorluğuna müraciət təqdim edildi

Azmoder

03 May 2024

AZMODER nümayəndələri 03.05.2024 tarixində Ankara Universiteti Rektorluğunu ziyarət edərək dərnəyimizin fəaliyyəti və gələcək əməkdaşlıq imkanları ilə bağlı müraciətini təqdim etmişdir.

03 may 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Ankara Universitetini ziyarət ediblər.


Ziyarət çərçivəsində Ankara Universiteti Rektorluğuna dərnəyimizin fəaliyyəti, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün həyata keçirməyi planlaşdırdığımız işlər və gələcək əməkdaşlıq imkanları ilə bağlı müraciətimiz təqdim edilmişdir.


Müraciətimizdə Ankara Universitetində təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrin gücləndirilməsi, tələbələrin doğru məlumatlandırılması, universitet mühitinə adaptasiyası və tələbə təşəbbüslərinin dəstəklənməsi kimi məsələlərə diqqət çəkilmişdir.


Daha sonra Ankara Universiteti Rektoru Prof. Dr. Hasan Serdar Öztürkün şəxsən əlaqə saxlayaraq dərnəyimizi təbrik etməsi bizim üçün ayrıca sevindirici və motivasiyaedici olmuşdur. Bu diqqət universitet rəhbərliyinin tələbə təşəbbüslərinə verdiyi dəyərin mühüm göstəricisi kimi qiymətləndirilmişdir.


AZMODER olaraq göstərilən diqqətə və səmimi münasibətə görə Ankara Universiteti rəhbərliyinə və Prof. Dr. Hasan Serdar Öztürkə təşəkkürümüzü bildiririk.

Район Мешрутиет, улица Конур, Бизнес-центр Озсой, №: 25/13, Чанкая, Анкара.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page