top of page

AZMODER Rəşad Aslanovun Azərbaycanın Türkiyədəki səfiri təyin olunması münasibətilə təbrik edir

Azmoder

24 İyul 2026

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2026-cı il tarixli Sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2026-cı il tarixli Sərəncamına əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi — AZMODER olaraq Rəşad Aslanovu bu mühüm və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Rəşad Aslanov uzun illər Azərbaycan diplomatiyasında müxtəlif məsul vəzifələrdə çalışmış peşəkar diplomatdır. O, 2022-ci ilin oktyabr ayından Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmiş, eyni zamanda Malta və San Marino Respublikalarında səfir, həmçinin Azərbaycanın Romada yerləşən BMT Agentlikləri yanında daimi nümayəndəsi olmuşdur.


Bundan əvvəl Rəşad Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş, eyni zamanda Çili, Paraqvay, Boliviya və Uruqvayda ölkəmizi təmsil etmişdir. O, Xarici İşlər Nazirliyində Nazirin Katibliyinin rəisi, Xarici İşlər Nazirinin köməkçisi, həmçinin Beynəlxalq hüquq və müqavilələr idarəsində müxtəlif diplomatik vəzifələrdə çalışmışdır.


Rəşad Aslanov beynəlxalq hüquq sahəsində təhsil almış, Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr dərəcəsi əldə etmiş, Azərbaycan Milli Elmlər Akademiyasında fəlsəfə üzrə PhD təhsili almışdır. O, ingilis, rus, türk, italyan və ispan dillərində sərbəst, ərəb dilində isə orta səviyyədə danışır.


Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, təhsil, mədəniyyət, gənclər və diaspora sahəsində əməkdaşlıq Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün xüsusi əhəmiyyət daşıyır. İnanırıq ki, Rəşad Aslanovun zəngin diplomatik təcrübəsi Azərbaycan–Türkiyə əlaqələrinin daha da güclənməsinə, Türkiyədəki azərbaycanlı tələbələrin, məzunların və diaspor təşkilatlarının fəaliyyət imkanlarının genişlənməsinə mühüm töhfə verəcəkdir.


AZMODER olaraq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin dəstəklənməsi, onların problemlərinin aidiyyəti qurumlara çatdırılması, Azərbaycan–Türkiyə təhsil əlaqələrinin inkişafı və tələbə-məzun şəbəkəsinin gücləndirilməsi istiqamətində əməkdaşlığa hər zaman açıq olduğumuzu bildiririk.


Rəşad Fəxrəddin oğlu Aslanovu bir daha təbrik edir, yeni vəzifəsində uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Район Мешрутиет, улица Конур, Бизнес-центр Озсой, №: 25/13, Чанкая, Анкара.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page