top of page

AZMODER Müjdat Həsənovu yeni vəzifəsi münasibətilə təbrik edir

Azmoder

01 İyun 2026

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyin olunan Müjdat Həsənovu təbrik edir, keçmiş təhsil müşaviri Doç. Dr. Nəcibə Nəsibovaya göstərdiyi xidmətlərə görə təşəkkürümüzü bildiririk.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin olunub.


Müjdat Həsənov bu təyinata qədər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.


Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi — AZMODER olaraq Müjdat Həsənovu bu mühüm və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı, qarşılaşdıqları müxtəlif akademik, sosial və inzibati məsələlər bu vəzifənin nə qədər həssas və önəmli olduğunu göstərir. İnanırıq ki, Müjdat Həsənovun fəaliyyəti Azərbaycan–Türkiyə təhsil əlaqələrinin daha da güclənməsinə, tələbələrimizin ehtiyaclarının daha sistemli şəkildə dəyərləndirilməsinə və mövcud məsələlərin həlli istiqamətində faydalı addımların atılmasına töhfə verəcəkdir.


Eyni zamanda uzun illər ərzində Azərbaycanın Türkiyədəki Səfirliyində təhsil məsələləri üzrə müşavir kimi fəaliyyət göstərmiş Doç. Dr. Nəcibə Nəsibovaya tələbələrimizə göstərdiyi diqqət, qayğı və xidmətlərinə görə təşəkkürümüzü bildirir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.


AZMODER olaraq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin doğru məlumatlandırılması, onların problemlərinin aidiyyəti qurumlara çatdırılması və Azərbaycan–Türkiyə təhsil əməkdaşlığının inkişafı istiqamətində hər zaman əməkdaşlığa hazır olduğumuzu bildiririk.


Müjdat Həsənovu bir daha təbrik edir, bu çətin və məsuliyyətli fəaliyyətində uğurlar arzulayırıq.

Район Мешрутиет, улица Конур, Бизнес-центр Озсой, №: 25/13, Чанкая, Анкара.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page