
Azmoder
08 May 2024
AZMODER nümayəndələri 08.05.2024 tarixində Ankara Sosyal Bilimler Universitetinə mümkün əməkdaşlıq istiqamətləri və tələbələrə yönəlik fəaliyyətlərlə bağlı müraciət təqdim ediblər.
08 may 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi tərəfindən Ankara Sosyal Bilimler Universitetinə müraciət təqdim edilmişdir.
Müraciətdə universitetdə təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrin gücləndirilməsi, tələbələrin akademik və sosial həyata daha rahat adaptasiyası, məlumatlandırma fəaliyyətlərinin artırılması və gələcəkdə həyata keçirilə biləcək ortaq layihələr barədə təkliflər yer almışdır.
AZMODER olaraq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin universitetlərlə əlaqələrinin inkişaf etdirilm əsini, tələbə təşəbbüslərinin dəstəklənməsini və universitetlər daxilində daha fəal tələbə mühitinin formalaşmasını önəmli hesab edirik.
Ankara Sosyal Bilimler Universitetinə təqdim edilən müraciətin gələcək əməkdaşlıq imkanları üçün faydalı bir başlanğıc olacağına inanırıq.
