top of page

Azərbaycan Respublikası Təhsil Müşaviri xanım Doç. Dr. Nəcibə Nəsibovanı ziyarət

Azmoder

26 Avqust 2024

AZMODER nümayəndələri 26.08.2024 tarixində Azərbaycan Respublikasının Türkiyədəki Təhsil Müşavirliyini ziyarət edərək Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı mövcud məsələlər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardılar.

26 avqust 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Azərbaycan Respublikasının Türkiyədəki Təhsil Müşaviri Doç. Dr. Nəcibə Nəsibovanı ziyarət ediblər.


Görüş zamanı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı əsas məsələlər, onların akademik və sosial həyatına dəstək imkanları, universitetlərlə əlaqələrin gücləndirilməsi və tələbələr üçün daha faydalı layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.


AZMODER olaraq əsas məqsədimizin Türkiyədə təhsil alan tələbələrimizin ehtiyaclarını daha yaxından izləmək, onları doğru məlumatla təmin etmək və tələbə icmaları arasında koordinasiyanı gücləndirmək olduğu vurğulanıb. Bu çərçivədə tələbələrin müraciət etdiyi mövzular, universitetlərdə tələbə təşkilatlanması, məlumatlandırma fəaliyyətləri və gələcəkdə həyata keçirilə biləcək birgə təşəbbüslər barədə fikir mübadiləsi edilib.

Görüş çərçivəsində həmçinin dərnəyimizin fəaliyyəti, tələbələr üçün planlaşdırılan layihələr və Türkiyədəki azərbaycanlı tələbələrin daha sistemli şəkildə dəstəklənməsi istiqamətində görülə biləcək işlər haqqında məlumat təqdim olunub.


Səmimi qəbuluna, tələbələrimizə göstərdiyi diqqət və qayğıya görə Doç. Dr. Nəcibə Nəsibovaya təşəkkür edirik.


AZMODER olaraq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin yanında olmağa, onların problemlərinin həlli və imkanlarının artırılması istiqamətində fəaliyyətimizi davam etdirməyə çalışacağıq.


Район Мешрутиет, улица Конур, Бизнес-центр Озсой, №: 25/13, Чанкая, Анкара.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page